Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 16:08
Azərbaycanda son 14 il ərzində göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 2005-ci ildə Azərbaycanda 29 304 nəfər gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkib. 2019-cu ildə isə bu say 80 393-ə yüksəlib.
Bu xəstəlik 18 yaşadək uşaqlar arasında geniş yayılıb. 2005-ci ildə 14 806 nəfər uşaq gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkdiyi halda, 2019-cu ildə bu say 14 806-ə çatıb
Gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkən uşaqların 32 236 min nəfərinin yaşı 13-dəkdir.
Qeyd edək ki, 13 yaşadək uşaqlar arasında gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı son 14 ildə 2 dəfəyə yaxın (2005-ci ildə 17 636 nəfər) artıb.