Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 20:52
Türkiyənin "Qalatasaray" klubunda prezident seçkiləri təxirə salınıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, buna səbəb koronavirus pandemiyası göstərilib.
Klubun İdarə Heyəti 19-26 dekabr tarixlərində növbədənkənar seçkiləri təşkil etməyi planlaşdırırdı. Lakin koronavirus pandemiyası səbəb göstərilərək, seçkilərin ən azı 2021-ci il fevralın 28-nə qədər keçirilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, "Qalatasaray"ın hazırkı prezidenti Mustafa Cengizdir.