Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei-i sıxışdırmaq üçün İngiltərə 250 milyon funt sterlinq xərcləyəcək

Huawei-i sıxışdırmaq üçün İngiltərə 250 milyon funt sterlinq xərcləyəcək

Tarix: 28 Noyabr 2020 08:36

Huawei-in telekommunikasiya şəbəkəsindən istifadəsini qadağan edən ölkələrin sayı artır.

Bu ilin əvvəlində İngiltərə Çin nəhəngi Huawei-in 5G infrastrukturunu ölkədə qadağan edərək, yerli telekom şirkətlərindən 2027-ci ilə qədər Huawei avadanlığından imtina etməyə çağırdı.

İngiltərə səlahiyyətliləri indi Huawei avadanlığını ölkənin telekommunikasiya infrastrukturundan çıxarmaq üçün təqribən 250 milyon funt sterlinqə və ya milyard dolların üçdə birinə ehtiyac olduğunu bildiriblər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, İngiltərə, gələn il "etibarlı və möhkəm 5G şəbəkəsi" yaratmaq üçün 50 milyon funt sterlinq xərcləyəcək.

Bazarda Huawei avadanlığının olmamasına görə İngiltərədəki mobil operatorların yalnız iki təchizatçısı olacaq: Nokia və Ericsson. Analitiklər bunun təhlükəsizliyə zərər verə biləcəyini və bazarda qiymətlərin artmasına səbəb olacağını düşünürlər. Ölkə rəhbərliyi tərəfindən ayrılan vəsait, ilin sonunda nəticələr barədə əlavə məlumat verən monitorinq işçi qrupunun yaradılmasına da sərf ediləcək.


Etiketlər:  Huawei sıxışdırmaq üçün İngiltərə milyon funt sterlinq xərcləyəcək


RƏYLƏR