Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 16:26
Niderlandın "Breda" klubunun futbolçusu Sidney van Hoydonk kuryoz hadisə ilə üzləşib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 20 yaşlı hücumçu duşda zədə alıb.
İkinci divizionda "Oss"la oyunöncəsi gənc futbolçu duş alarkən şüşə qapı çırpılaraq örtülüb. Sidney qapını qıraraq çıxa bilsə də, ayağı ciddi şəkildə kəsilib. Bu səbəbdən o, komandasının qolsuz bərabərliklə nəticələnən dünənki matçını buraxıb.
Qeyd edək ki, Sidney Niderlandın əfsanəvi futbolçusu Pyerr van Hoydonkun oğludur.