Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub

Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub

Tarix: 29 Noyabr 2020 19:56

Bakı. Cani Babayeva - Trend:

Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə 36-cı Avropa çempionatı başa çatıb.

Trend-in məlumatına görə, turnirin son günündə böyüklər arasında çoxnövçülük üzrə yarışlar keçirilib. Azərbaycanı bu yarışda Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edib.

Zöhrə Ağamirova topla hərəkətlərdə 22.950 xal, gürzlərlə hərəkətlərdə 23.850 xal, halqa ilə hərəkətlərdə 21.000 xal, lentlə hərəkətlərdə 20.500 xal toplayıb. Z.Ağamirova 88.300 yekun xalla 9-cu yeri tutub.

Arzu Cəlilova topla hərəkətlərdə 21.500 xal, gürzlərlə hərəkətlərdə 22.150 xal, halqa ilə hərəkətlərdə 23.500 xal, lentlə hərəkətlərdə 20.450 xal toplayıb. A.Cəlilova 87.600 yekun xalla 12-ci olub.

Qeyd edək ki, Avropa çempionatının yekunlarına əsasən, Azərbaycan milli komandası 3 medal qazanıb. Komanda qrup hərəkətlər üzrə çoxnövçülükdə gümüş medal, 3 halqa və 2 gürzlə hərəkətlərdə isə bürünc medal əldə edib. Bundan başqa, Azərbaycan millisi komanda hesabında bürünc medala sahib olub.


Etiketlər:  Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ