Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messi bizə hörmətsizlik etdi'' - Dani Alveş

''Messi bizə hörmətsizlik etdi'' - Dani Alveş

Tarix: 9 Iyul 2019 11:12

Braziliya millisinin futbolçusu Dani Alveş Argentina yığmasının kapitanı Lionel Messini son açıqlamasına görə tənqid edib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, təşkilatçıların Amerika kubokunu Braziliyanın qazanması üçün əlindən gələni etdiyi fikri ilə razılaşmayıb: "Bir insan sırf dostunuzdur deyə haqlı ola bilməz. Hadisənin təsirindən belə sözlər söyləmək olar. Amma mən bu fikirlə razılaşmayacam. Hər şeydən əvvəl o, bizim komandamıza hörmətsizlik etdi. Bundan başqa, bir çox peşəkar futbolçuya da hörmətsizlik etdi. Mən həmişə doğruları söyləyən dostam. Messinin söylədiyi sözlər düzgün deyil".

Çili ilə matçın 37-ci dəqiqəsində meydandan qovulan Messi oyundan sonra hakimləri tənqid etmiş və Argentinanın rüşvətə görə finala çıxa bilmədiyini demişdi. O, hakimlərin Braziliyaya kömək etdiyini söyləmişdi.

Qeyd edək ki, Argentina yarımfinalda Braziliyaya 0:2 hesabı ilə uduzmuşdu.

 


Etiketlər:  Messi bizə hörmətsizlik etdi Dani Alveş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ