Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2020 23:16
Noyabrın 29-u OPEK+ monitorinq komitəsinin nazirlərinin keçirdiyi qeyri-formal məsləhətləşmələr konsensus əldə olunmadan başa çatıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a təşkilatdakı mənbə bildirib.
Onun sözlərinə görə, tərəflər 2021-ci ilin ilk ayları üçün alyans ölkələrinə neft hasilatının hansı səviyyədə tövsiyə ediləcəyi barədə razılığa gələ bilməyiblər:
"Görüş başa çatdı. Məsləhətləşmələri və danışıqları davam etdirməliyik".
"Bloomberg" agentliyi öz növbəsində bildirir ki, komitə üzvlərindən bir neçəsi məhdudiyyətlərin yumşaldılmasının 2021-ci ilin yanvarından daha gec bir tarixə təxirə salınması ilə razılaşmırlar.