Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanadada əcnəbilər üçün ölkəyə giriş qadağası 21 yanvaradək uzadılıb

Kanadada əcnəbilər üçün ölkəyə giriş qadağası 21 yanvaradək uzadılıb

Tarix: 30 Noyabr 2020 08:32

Bakı. Trend:

Kanada hökuməti yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar digər dövlətlərin vətəndaşları üçün ölkəyə giriş qadağasını 21 yanvaradək uzadıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ictimai təhlükəsizlik və fövqəladə hallara hazırlığın təmin edilməsi naziri Uilyam Blerin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "ABŞ istisna olmaqla digər ölkələrdən Kanadaya giriş məhdudiyyəti 2021-ci il yanvarın 21-dək uzadıldı". Həmçinin qeyd edilir ki, ABŞ vətəndaşlarının 21 dekabr tarixinədək qüvvədə olan Kanadaya giriş qadağasının müddətinin uzadılması da istisna edilmir.

Qeyd edək ki, digər dövlətlərin vətəndaşları üçün Kanadaya giriş qadağası koronavirus pandemiyası ilıə əlaqədar martın 16-sı tətbiq edilib və bir neçə dəfə müddəti uzadılıb.


Etiketlər:  Kanadada əcnəbilər üçün ölkəyə giriş qadağası yanvaradək uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ