Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 12:12
Bakı. Zeyni Cəfərov - Trend:
Mərkəzi Bank növbəti depozit hərracında 200 milyon manat cəlb edib.
Trend bu barədə Banka istinadən məlumat verir.
Noyabrın 30-da keçirilmiş hərracda tələb təklifi təxminən 4 dəfə üstələyərək 772,5 milyon manata çatıb.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.
Vəsaitlər 14 gün müddətində cəlb edilib.