Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

Tarix: 30 Noyabr 2020 17:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Cari tədris ilində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən onlayn formatda təşkil olunan dərslərdə 25 minə yaxın qrup və dərnək üzvü, 1500-dən çox pedaqoji heyətin iştirakı təmin olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərslərə “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 17 uşaq-gənclər idman-şahmat məktəbi üzrə müxtəlif idman növlərində 15 898 məktəbli, 968 məşqçi-müəllim, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, “Vətən” İdman Liseyi, Bakı şəhəri 1 nömrəli İdman Liseyi, Gəncə şəhəri İdman Liseyi üzrə 1 777 məktəbli, 153 məşqçi-müəllim, həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərindən 100-dən çox müxtəlif dərnək üzrə 5 808 şagird, 402 dərnək rəhbəri cəlb edilib.

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərin təşkilində əsas məqsəd məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsindən ibarətdir. Onlayn dərslər çərçivəsində məşqçi-müəllimlər uşaqların fiziki sağlamlığının təmin edilməsi üçün məşq prosesi, dərnək rəhbərləri isə onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün isə müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar.

Qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” telekanalında efirə gedən "Dərs vaxtı" proqramı çərçivəsində məktəbdənkənar fəaliyyət, futbol və futzal idman növləri üzrə ustad dərsləri yayımlanır.


Etiketlər:  minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ