Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Füzulidə her şey dağıdılıb - Rusiyanin "Dojd" telekanalının reportajı (VİDEO)

Füzulidə her şey dağıdılıb - Rusiyanin

Tarix: 1 Dekabr 2020 07:52

Bakı. Trend:

Rusiyanın "Dojd" telekanalı "Burada və İndi" layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhərinin hazırdakı görüntülərini yayıb.

Trend-in məlumatına görə, reportajda jurnalist Vladimir Romenskiy burada tutqun bir mənzərənin hökm sürdüyünü söyləyir: hər yerdə dağılan binalar, vurulmuş hərbi texnika, erməni hərbçiləri tərəfindən tərk edilmiş döyüş sursatları

Reportajda 1890-cı ildə inşa edilmiş və hazırda dağıdılmış Hacı Ələkbər məscidinin görüntüləri yer alıb, yalnız bir divar qalıb.

Ardınca qəbiristanlığın görüntüləri gəlir. Müxbir bildirir ki, burada qəbirdaşları dağıdılıb.

Məşhur muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində qəbirdaşı yerdədir. Vandallar büstü dağıdıblar, məzardan uzaq aparıblar: "Onlar ölülərlə döyüşürdü".


Etiketlər:  Füzulidə her şey dağıdılıb Rusiyanin Dojd telekanalının reportajı VİDEO


RƏYLƏR