Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2019 16:32
Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib.
Bu barədə təcrübəli mütəxəssisin özü şəxsi "Facebook" səhifəsində yazıb. O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb.
Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan millisi "Minsk 2019" II Avropa Oyunlarını 2 medalla başa vurub. Alfonso Dominges (81 kq) qızıl, Lorenso Sotomayor (69 kq) bürünc medala sahib olub. (Report)