Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 18:26
Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Türkiyənin "Sivasspor" klubunda koronavirusa yoluxanların sayı durmadan artır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, indi də Super Liqa təmsilçisinin baş məşqçisi Rıza Çalımbay virusa yoluxub.
Bunu təcrübəli mütəxəssis özü bəyan edib. O bildirib ki, verdiyi testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən Çalımbay Avropa Liqasının V turunda "Vilyarreal"la (İspaniya) sabah keçiriləcək matçda iş başında olmayacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında "Sivasspor"da 4 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.