Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Makkabi"dən xal almağa çalışacağıq" - Qara Qarayev

Tarix: 2 Dekabr 2020 20:56

"Güclü komandaya qarşı oynayacağıq. "Makkabi" yaxşı müdafiə olunmaqla yanaşı, qol vurmağı da bacarır. Çox diqqətli olmalıyıq".

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Makkabi" (Təl-Əviv) ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib

Komandanın vitse-kapitanı itkilərinin çox olduğunu xatırladıb: "Son zamanlarda heyətlə bağlı problemlərimiz var. Ancaq azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Son ev oyunumuzda xal qazanmağa çalışacağıq".

28 yaşlı yarımmüdafiəçi son zamanlar meydana müdafiəçi kimi çıxmasının onun üçün çətinlik yaratdığını qeyd edib: "Sonuncu müdafiəçi kimi oynamaq vərdişlə bağlıdır. Uzun müddətdir bu mövqedə oynamasam da, orta xətlə oxşarlığı var. Mənim üçün çətindir. Son vaxtlar heyətdəki problemlərə görə bu addım atılıb. Fərqi hiss etdirməməyə çalışacağam".

Milli.Az


Etiketlər:  Makkabidən xal almağa çalışacağıq Qara Qarayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ