Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' keyfiyyətli komandadır'' - ''Makkabi''nin baş məşqçisi

''Qarabağ'' keyfiyyətli komandadır'' - ''Makkabi''nin baş məşqçisi

Tarix: 3 Dekabr 2020 07:36

"Oyuna tam hazır olmalı və sabah sona qədər mübarizə aparmalıyıq. Bizi çətin görüş gözləyir".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Giorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Ağdam təmsilçisi haqda müsbət fikirlər səsləndirən çalışdırıcı rəqibi tam təhlil etdiklərini bildirib: "Qarabağ"ın yeganə çatışmazlığı bütün oyunları başqa ölkələrdə keçirməsidir. Ancaq futbol oynamağa çalışan mütəşəkkil və keyfiyyətli komandadır. Onları təhlil etmişik, həm fərdi, həm də kollektiv baxımdan necə oynadıqlarını bilirik".

Donis növbəti mərhələyə vəsiqə qazanmaq üçün qələbə qazanmaq məcburiyyətində olduqlarını söyləyib: "Əlimizə düşən fürsəti bilirik. Bütün fikrimizi sabahkı oyuna yönəltmişik. Ümid edirəm ki, sonda nəticədən də məmnun qalacağıq".


Etiketlər:  Qarabağ keyfiyyətli komandadır Makkabinin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ