Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı

Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı

Tarix: 4 Dekabr 2020 07:15

Koronavirusa yoluxanlar üçün ən təhlükəli dövr xəstəliyin doqquzuncu - onuncu günləridir. Bu vaxt yoluxmuş insanda nəfəs darlığı və ağciyərlərdə geniş iltihab prosesinin başlaması ilə xarakterizə olunan kəskin respirator distres-sindromu inkişaf edir.

Sonxeber.net bildirir ki, bu barədə ukraynalı həkim Andrey Penkov deyib.

Ekspertin sözlərinə görə, bədəndə bu cür proseslər, immunitetin hiperreaksiyası ilə əlaqələndirilir.

"Xəstəxanaya yerləşdirilmə ən çox bu vaxt lazımdır", - deyə həkim əlavə edib.

Penkovun fikrincə, xəstəliyin ikinci həftəsində qanda yeni immunoloji dəyişikliklər meydana gəlir və bütün reaktiv iltihab göstəriciləri artır. Mütəxəssis bu anda ciddi müalicənin həyati əhəmiyyət daşıdığını vurğulayıb. /medicina.az


Etiketlər:  Koronavirus xəstələri üçün təhlükəli dövr açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ