Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şadlıq saraylarında toy edənlər kimlərdir? - DİN hərəkətə keçdi

Şadlıq saraylarında toy edənlər kimlərdir? - DİN hərəkətə keçdi

Tarix: 4 Dekabr 2020 11:30

Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.

Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Milli.Az


Etiketlər:  Şadlıq saraylarında toy edənlər kimlərdir DİN hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ