Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 23:18
Yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma daha ağır nəticə verə bilər. Dünyada koronavirusa təkrar yoluxma halları artmaqda davam edir və hətta təkrar yoluxmadan ölüm halları da qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, infeksiya mutasiyaya uğradığına görə virusa təkrar yoluxma daha ağır nəticələr verə bilir. Birinci yoluxmadan sonra sağalanlarda yaranan immunitet isə maksimum bir-iki ay davam edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-radioloq Eldəniz Hüseynov deyib: "Təkrar yoluxma ehtimalı ola bilər, amma bu, virus mənşəli xəstəlik olduğuna görə qanda orqanizmi qoruyan anticisimlər əmələ gəlir. Bəzi xəstələrdə həmin hissəciklər çox tez yaranır və çox yüksək səviyyəyə yüksəlir, bəzi xəstələrdə gec yaranır və heç də yüksək səviyyəyə qalxmır. Əgər qanda anticisimlərin miqdarı az olarsa və COVID-19-la birlikdə immun çatışmazlığı xəstəlikləri olarsa, onda təkrar yoluxma ehtimalı yüksək olur".
Onun dediyinə görə, koronavirus təkcə ağciyərlərin deyil, bütün orqanizmin xəstəliyidir. Lakin onun ən böyük fəsadı özünü ağciyərlərdə göstərir: "Xəstəlik əvvəlcə yuxarı tənəffüs yollarında başlayır, sonra aşağı tənəffüs yollarına və ağciyərə yayılır. Onun ağırlığı ağciyərlərin zədələnmə dərəcəsi ilə əlaqədardır. Ağciyər çox miqdarda zədələnibsə, onda xəstəlik ağır keçir, hətta ölümə səbəb olur. İlk dalğada yoluxmuş xəstələrdən sonralar əldə edilən məlumatlara görə, ağciyərlərdə olan dəyişikliklər bir müddətdən sonra sağalır və heç bir iz qalmır".