Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 18:24
"Mançester Yunayted"in futbolçusu Pol Poqba koronavirusa yoluxmasından danışıb.
Qol.az "Football 365"ə istinadən xəbər verir ki, avqust ayında bu infeksiyaya yoluxmuş və sentyabrda sağalan 27 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 10-cu turunda "Vest Hem"lə matçdan sonra açıqlamasında xəstəlikdən sonra formaya düşməyin çətin olduğunu bildirib:
"Qəribə idi. İzah etmək çətindir. Çünki özün də başa düşmürsən. Məşq zamanı məşqçiyə özümü pis hiss etdiyimi demişdim. Nəfəs almaq çətin idi və tez yorulurdum.
Formaya qayıtmağım çox vaxt aldı. Komandaya kömək etək üçün oynamaq və qol vurmaq həqiqətən də yaxşı təsir edir. Ona görə də inanılmaz dərəcədə xoşbəxtəm".
Qeyd edək ki, Poqba "Vest Hem"lə görüşdə (3:1) fərqlənməyi bacarıb.