Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq

Böyük Britaniyada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq

Tarix: 6 Dekabr 2020 19:54

Böyük Britaniyada çərşənbə axşamı 50 xəstəxanada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi bu həftə başlayacaq COVID-19 peyvəndinin istifadəsini ölkə tarixinin ən əhatəli peyvənd tətbiqi olaraq tarixə düşəcəyini qeyd edib.

Peyvənd ilk növbədə səhiyyə işçiləri, 80 yaşdan yuxarı olanlar və qocalar evi işçilərinə tətbiq olunacaq.

Bu həftə istifadəyə veriləcək peyvənd dozaları soyuducu qabların köməyi ilə Belçikadan krallığa gətirilib.

Peyvəndin mənfi 70 dərəcədə saxlanılması lazımdır. Bu səbəbdən peyvənd əvvəlcə xüsusi şərtlər təmin edə biləcək 50 xəstəxanada istifadə ediləcək.


Etiketlər:  Böyük Britaniyada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ