Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 20:03
Koronavirus testi çıxan kimi dərhal KT - ağciyərlərin tomoqrafiyasına gedib, ciyərlərindən buzlu şüşə axtaranlar bu müayinənin əslində çox zərərli olduğunu bilmirlər.
Əksər xəstələrə KT lazım deyil. KT ən ağır halda və müəyyən müalicələri təyin etmək üçün təyin edilən ən son müayinə ola bilər.
Sonxeber.net xəbər verir ki, pulmonoloqlar hansı halda KT-yə getmək, kimlərin isə ümumiyyətlə getməməyi barədə məlumat verib.
- Əgər PÇR testiniz müsbət çıxsa da və öskürək varsa da, KT etdirmək vacib deyil. Ağciyərlərdə olan 5-10% buzlu şüşə müalicə taktikasına təsir etmir və qorxulu hal deyil.
KT orta, ağır formalarda olunmalıdır.
KT-ə göstərişlər:
-Davamlı, dərmanla qısa müddət düşən, yenidən qalxan 38-39 dərəcə hərarət - 3 gündən artıq çəkirsə
- Güclü, bəlğəmli, irinli, qanlı axıntı, sinədə, boğazda güclü ağrı, yanma hissi
- Aşırı tərləmə, titrətmə
Tənəffüsün dəqiqədə 22 tsikldən çox olması, təngnəfəslik
- Evdə gəzişəndə belə təngnəfəslik
- Qanda saturasiyanın 94-dən aşağı düşməsi
- Qanda C reaktiv zelal analizinin yüksəlməsi
- Dodaqların göyərməsi
-Döş qəfəsində sıxıcı ağrı
Qanda oksigenin azlığını və saturasiyanın düşməsini yoxlamaq üçün dərindən nəfəs alıb saxlayırsız, əgər 10-a kimi saxlaya bilməsəz, deməli, saturasiya azdır. Eləcə də bir kitab götürüb, bir neçə cümlə oxuyursuz. Əgər çətinliklə oxusaz və huşunuz dağınıq olsa, nə oxuduğunuzu bilməsəz, deməli qanda oksigen azdır. /medicina.az