Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad olunmuş ərazilərdə yeni bank ofisləri və bankomatlar quraşdırılacaq

Azad olunmuş ərazilərdə yeni bank ofisləri və bankomatlar quraşdırılacaq

Tarix: 7 Dekabr 2020 13:08

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ordumuzun düşməndən təmizlədiyi ərazilərdə uzun illərdən sonra ilk dəfə Azərbaycan bankının xidmətlərindən istifadə mümkün olub. Azərbaycan Beynəlxalq Bankı Hadrut qəsəbəsində özünün ATM-i quraşdırıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Bankından bildiriblər.

Qeyd olunub ki, Hadrut və yaxın ərazilərdə bank xidmətlərinə ehtiyac duyan vətəndaşlarımız bu imkandan faydalana bilərlər:

"ATM-lərlə müxtəlif ödənişlər etmək, köçürmələr aparmaq, vəsait nağdlaşdırmaq və s. bu kimi bank xidmətlərindən istifadə etmək mümkündür".

Əlavə edilib ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək quruculuq-bərpa və əhalinin qayıdışı proqramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı da bu ərazilərdə yeni xidmət ofislərinin açılması, o cümlədən bankın ATM-lərinin quraşdırılması tədbirlərini reallaşdıracaq.


Etiketlər:  Azad olunmuş ərazilərdə yeni bank ofisləri bankomatlar quraşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ