Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 13:14
İranda güclü sel yeddi nəfərin ölümünə səbəb olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Xuzistan, İsfahan, Buşir, Fars, Yəzd və Hormuzqan bölgələrində daşqınlar meydana gəlib.
Hormuzqan vilayətinin Parsian mahalında 5 və Buşir əyalətinin Deştistan bölgəsində 2 nəfərin öldüyü açıqlanıb.
Xuzistanın mərkəz şəhərləri olan Əhvaz və Buşir seldən ciddi şəkildə ziyan görüb, yaşayış məntəqələri su altında qalıb.