Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 16:18
Sumqayıt Dövlət Dram Teatrı COVİD-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi dövründən doğma tamaşaçıları ilə ünsiyyəti sosial şəbəkə üzərindən gerçəkləşdirir. Artıq xeyli müddətdir ki, virtual repertuar planımızla üzərimizə düşən missiyamızı yerinə yetiririk. Yaradıcılıq prosesinin dayanmaması üçün rejissorlar məşqləri onlayn şəkildə aparır. Belə vəziyyətlərdə yaradıcı heyət daha çox kamera əsərlərinə, monotamaşalara üstünlük verir.
Teatrın baş rejissoru Xalq artisti Firudi Məhərrəmovun gənc yazar Ülviyyə Heydərovanın "Uşaqlıq" əsəri əsasında hazırladığı eyni adlı monotamaşanı istedadlı aktrisa İlahə Səfərova ifa edir. Tamaşa sirk artisti olan və sənətini dəlicə sevən qadının bətnindəki körpəsi ilə xəyali söhbəti üzəridə qurulub. Gərgin psixoloji məqamların fonunda gənc qadının çırpınışları, kritik seçim qarşısında qalışı İlahə Səfərovanın mükəmməl oyun tərzi ilə maraq doğurur.
Sözügedən səhnə əsərinin 13 dekabr, saat 18-də onlayn premyerası keçiriləcək.