Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan səfərinin tezliklə olmasını istəyirəm'' - Fernando Santuş

''Azərbaycan səfərinin tezliklə olmasını istəyirəm'' - Fernando Santuş

Tarix: 8 Dekabr 2020 08:52

Azərbaycan millisinin DŞ-2022-nin seçmə mərhələsindəki rəqibi Portuqaliya yığmasının çalışdırıcısı Fernando Santuş püşk haqda danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis qrupu belə dəyərləndirib:

"Püşklər təhlil üçün yox, oynamaq və qalib gəlmək üçündür. Çətinliklərlə üzləşmək istəmədiyimi üçün yaxş hazırlaşmalıyıq. Çünki Avropa Çempionatının seçmə mərhələsində belə hal yaşadıq- Serbiya və Ukrayna ilə qarşılaşmalarda xal itirdik. Mart ayında oynayacağımız üçün qrafiki də nəzərə almalıyıq.

Qrupun ən böyük favoriti Portuqaliyadır. Bu, göz qabağındadır.

Serbiya isə əsas rəqibimizdir. Bu komandanın heyətinə baxsaq, görərik ki, Avropanın tatnınmış klublarında çıxış edən bəzi futbolçuları var. Onlar güclü rəqibdirlər.
 

Bəzi rəqiblərlə az qarşılaşmışıq. Amma onları yaxşı tanıyırıq. Bu, həmin komandaları təhlil etməkdə bizə kömək edə bilər. Mən Azərbaycana səfərin tezliklə olmasını istəyirəm. Dünya çempionluğuna  namizədlərdən olmaq istəyiriksə, bu mərhələni keçməliyik".

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb.


Etiketlər:  Azərbaycan səfərinin tezliklə olmasını istəyirəm Fernando Santuş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ