Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol oynayan 10 nəfər hərəsi 200 manat cərimələndi

Futbol oynayan 10 nəfər hərəsi 200 manat cərimələndi

Tarix: 8 Dekabr 2020 13:52

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib.

Həmin şəxslər Lənkəran ŞRPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunub. Obyektin sahibi V.Yusubov barəsində toplanmış materiallar isə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib.


Etiketlər:  Futbol oynayan nəfər hərəsi manat cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ