Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 15:42
İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç komandadakı durumundan narazıdır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Bosniya və Herseqovina millisinin üzvü Kataloniya təmsilçisində daha çox oyun praktikası əldə etmək istəyir.
30 yaşlı orta sahə oyunçusu hazırkı durumunu qəbul etmək fikrində deyil: "Daha çox oynamalı olduğumu düşünürəm və istədiyim budur. Hazırkı vəziyyətin səbəbini başa düşmürəm. Daha çox oynamaq istəyirəm, vəziyyət məni qane etmir. Karyeramda heç vaxt az oynamağa dözməmişəm, indi də bununla barışmayacağam. Mənə yaraşmayan vəziyyətdir. Dünyanın ən böyük klubunda yeni problemim var və buradakı oyuna uyğunlaşmalıyam".
Qeyd edək ki, Miralem Pyaniç "Barselona"ya mövsümün əvvəlində İtaliya klubu "Yuventus"dan keçib.