Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xəzər Lənkəran”ın sabiq futbolçusu saxlanıldı

“Xəzər Lənkəran”ın sabiq futbolçusu saxlanıldı

Tarix: 8 Dekabr 2020 17:52

Moldovada 11 nəfər oyun alqı-satqısında ittiham olunur.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Moldova Milli Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi yayıb.

Bildirilib ki, saxlanılan şəxslər altı ay ərzində oyun alqı-satqısından 600 min avro almaqda şübhəli bilinir. Söhbət ölkədəki futbol klublarının direktorlarından, özəl idman məktəblərinin direktorlarından, həmçinin Milli Divizionun 10 komandasından beşini təmsil edən oyunçulardan gedir.
 
Bəzilərinin adları açıqlandığı saxlanılan şəxslər arasında "Xəzər Lənkəran"ın sabiq futbolçusu Denis Kalinkov da var. O, hazırda "Kodr" komandasının baş məşqçisidir. 35 yaşlı mütəxəssis  2009-2010-cu illərdə Azərbaycanda oynayıb.


Etiketlər:  Xəzər Lənkəranın sabiq futbolçusu saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ