Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 22:15
Yer kürəsində hər 57 dəqiqədən bir melanomadan bir xəstə həyatını itirir. Melanoma dərinə əmələ gələn, qara rəngli xaldır. Bu xalın xoşxassəli və ya bədxassəli olmasını isə 5 təhlükəli əlamət bildirir. Dərinin ən iri orqan olmasına baxmayaraq orada əmələ gələn kiçik bir xal xərçəng xəstəliyi ola və insanın həyatına son qoya bilər. Bəzən dərimizdə kiçik qara xala qarşı laqeyd yanaşmamız bizim üçün çox təhlükəli sayıla bilir. Bu səbəbdən də dəridə əmələ gələn tünd rəngli xallara qarşı diqqətli yanaşmaq lazımdır.
Onkoloqlar bizə adi görünən döyənəyin, zədələnmələrin, mazolların, xalların ən pis onkoloji xəstəliyə çevrilmə ehtimalı olduğunu söyləyirlər. Bəzən isə bu zədələrə qarşı diqqətsiz yanaşmamız və ya onlara lazım olmayan qaydada toxunmamız onların ən pis xəstəliklərə çevrilməsinə səbəb olur.
Bəs dəridə olan xalları xərçəng xəstəliyindən necə ayırd etmək olar?
Statistikanın hesablamalar hər 57 dəqiqədn bir dünyada bir adamın melanomada öldüyünü qeyd edir. Melanoma dəri xərçəngidir. Bəzən insanlar melanomanı dəridə əmələ gələn qara xalla qarışdırırlar. Melanomanın 5 əsas əlaməti var.
1. Asimmetriya
Dərinəki tünd rəngli xalın ətrafı tam və sığallıdırsa o zaman xal, çopur və asimmetrikdirsə melanoma hesab edilir.
2. Sərhədlər
Qara xalın sərhədləri olur, melanomanın kənarları isə hamar olmur. Melanomanın hüdudları girintili-çıxıntılı, kələ-kötür olur.
3. Rəng
Tünd rəngli xala diqqətlə baxdıqda onun rənginin qəhvəyi olduğu dəqiq sezilir. Bu zaman xalın hər tərəfinin rəngi eyni olur. Melanomanın rəngi isə daha tünd və fərqli olur. Melanomanın bir tərəfi qara, digər tərəfi isə tünd qəhvəyi olur.
4. Diametr
Normal qara xal dairəvi olur və onun diametrini ölçmək mümkün olur. Melanomanın isə diametrini ölçmk mümkün deyildir.
5. Dəyişikliklər
Tünd rəngli xallar öz formasını və ölçüsünü dəyişmir. Melanomalar isə asimmetrik olaraq böyüyə bilirlər. Bəzən isə melanomalardan bir qədər kənarda başqa tünd rəngli xallar əmələ gələ bilir.
Mütəxəsislər dərisində tünd rəngli xal olan adamları dərilərini düz düşən günəş şüalarından, ultrabənövşəyi şüalanmadan qorunmağı məsləhət bilir.