Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 11:44
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransada keçirilən PSJ - "Başakşəhər" oyunundakı xoşagəlməz hala münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bununla bağlı şəxsi Tvitter hesabında yazan dövlət başçısı görüşün rumıniyalı dördüncü hakimi Sebastian Koltseskunun "Başakşəhər"in məşqçisi Pyer Veboya qarşı irqçi ifadə işlətməsini pisləyib:
"Təmsilçimiz "Başakşəhər"in texniki heyətindən Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram. İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq. #İrqçiliyə yox".
Xatırladaq ki, Veboya qarşı irqçiliyə baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan məşqçiyə qırmızı vərəqə də göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib və oyun yarımçıq dayandırılıb. Qarşılaşma bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.