Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 18:33
Bakı. Samir Əli - Trend:
Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.
Mərasimin zalının icarədarı paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər.Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.
Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.
Araşdırmalar aparılır.