Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Üç gün yaralı vəziyyətdə meşədə qaldıq'' - VİDEO

''Üç gün yaralı vəziyyətdə meşədə qaldıq'' - VİDEO

Tarix: 10 Dekabr 2020 10:28

Əllərində bayraqlar və alqışlarla qarşılandı qazi.

Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, İsmayıllı rayon, Kürtmaşı kənd sakini, 21 yaşlı Asif İsmayılov Vətən uğrunda döyüşən qəhrəman qazilərimizdən biridir. Asif Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa döyüşlərində iştrak edib.

Döyüş müddətində fərqləndiyinə görə komandiri tərəfindən ailəsinə təşəkkür məktubları da göndərilib.

Asif Şuşa uğrunda gedən döyüşlərdə qrupu ilə hərəkət edərkən pusquya düşüb.

Həmin vaxt Asif də yaralanıb. O və bir neçə əsgər 3 gün meşədə yaralı vəziyyətdə qaldıqdan sonra xilas ediliblər.

Asifin qəhrəmanlıqları ən çox onun valideynlərini qürurlandırır.

Asif bir müddət evdə müalicə aldıqdan sonra yenidən hərbi hospitala qayıdacaq. Onun bədənində olan qəlpə həkimlərin məsləhətindən sonra əməliyyatla çıxarılacaq.


Etiketlər:  Üç gün yaralı vəziyyətdə meşədə qaldıq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ