Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəzifəsi sürücü idi, amma döyüşürdü... - Şəhid Nəzir Osmanovun şücaəti - VİDEO

Vəzifəsi sürücü idi, amma döyüşürdü... - Şəhid Nəzir Osmanovun şücaəti - VİDEO

Tarix: 10 Dekabr 2020 14:14

Vəzifəsi sürücü olsa da, daim yoldaşları ilə birlikdə qızğın döyüşlərə qatılıb...

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Qaxın Qıpçaq kənd sakini, Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid Nəzir Osmanovdan gedir.

Yaxınlarının sözlərinə görə, Nəzir uşaq yaşlarından çox vətənpərvər və hərb peşəsini sevən biri olub. Hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına daxil olub və xidmətini çavuş kimi davam etdirib. Xidməti dövründə bir neçə dəfə mükafatlandırılıb.

Nəzir döyüşlərdə sürücü kimi şəxsi heyətin və silah-sursatın daşınması ilə məşğul olub. Lakin o, yoldaşlarını heç vaxt tək qoymayaraq həmişə onlarla birlikdə döyüşə qatılıb. Bir neçə yaralı hərbçimizi döyüş meydanından çıxararaq həyatını xilas edib. Kəndlər, şəhərlər işğaldan azad edildikcə də zəng edərək ailəsinə ilk şad xəbəri özü çatdırmağa çalışıb. Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığına düşən minaatan mərmisinin qəlpəsindən ağır yaralanıb. Xəstəxanaya aparılarkən isə yolda şəhidlik zirvəsinə ucalıb.

Nəzir doğulub boya -başa çatdığı Qıpçaq kəndində dəfn edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Vəzifəsi sürücü amma döyüşürdü Şəhid Nəzir Osmanovun şücaəti VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ