Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 15:42
İrəvanda hökumət əleyhinə aksiyalar zamanı 29 nəfər saxlanılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a polisin mətbuat xidmətinin əməkdaşı Zarzand Gabrileyan məlumat verib.
"Əldə etdiyim son məlumata görə, 29 vətəndaş saxlanılıb",- deyə Qabrileyan qeyd edib.
Ancaq bu rəqəmin arta biləcəyi ehtimal olunur.
Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edərək hökumət binasının qarşısına toplaşmışdılar.