Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 11:51
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda iki həkim koronavirusdan dünyasını dəyişib.
Trend-in məlumatına görə, TƏBİB-in yaydığı xəbərdə bildirilir ki, 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərimizdən idi:
"Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər".