Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 15:27
Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərmanı imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alınır:
- "Hərbi vəziyyət elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.
- Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.