Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 23:42
Bu gün hamı virusa yoluxmamaq üçün yollar axtarır. Hər kəs orqanizmi-immuniteti gücləndirməyə, tədbirlər görməyə çalışır. Bu yöndə mütəxəssislərin fikirləri daha önəmlidir. Ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq Vəfa Paşazadə bununla bağlı tövsiyələrini açıqlayıb.
Virus ilə yoluxma riskini azaltmaq üçün immun sistemimizi qorumağımız vacibdir. Yaxşı, bu müdafiəni yüksək səviyyədə saxlamaq üçün nə etməliyik?
Kifayət qədər yuxu: Keyfiyyətsiz yuxu bütün infeksion xəstəliklərin riskini artırır. 5 saatdan az yuxu müddəti viral infeksiyalar riskini artırır. Yeterli yuxu isə melatonin səviyyəsini artıraraq virusun təsirini azaldır.
Stress: Stress immunitet sistemini əhəmiyyətli dərəcədə zəiflədir və iltihaba səbəb olan interlockin-6 kimi sitokinlərin artmasına səbəb olur.
Sink: Koronavirusun hüceyrəyə girməsinin qarşısını alaraq, xəstəliyə səbəb olan təsiri azaldır. Gündəlik 15-30 mq doza qəbul etmək yuxarı tənəffüs yollarının qorunmasında təsirli olur.
Meyvə və Tərəvəz: Tərkibindəki flavonoidlər sayəsində iltihabı azaltmağa kömək edir.
C vitamini: Kliniki tədqiqatlarda sətəlcəmin tezliyini, müddətini və şiddətini azaltdığı göstərilmişdir. Gündəlik 1000-2000 mq aralığında tövsiyə olunur.
Sambucus Nigra: (Qara kəndəlaş-red. (Türkcə kara mürver)) Koronavirusun orqanizmdə çoxalmasının qarşısını alır. Erkən mərhələdə qəbul edildikdə, profilaktik təsiri daha çoxdur.
D vitamini: Gündəlik 800-1000IU dozada yuxarı tənəffüs yolu infeksiyalarından qoruduğu göstərilmişdir. Həmişə qeyd etdiyim kimi D vitamini qanda səviyyəsini 40-60 ng / ml-dən yüksək tutmaq vacibdir.