Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 10:46
Bakı. İlhamə İsabalayeva - Trend:
TƏBİB ilə “Türkiyə Acil Tıp Derneği”nin (TATD, www.tatd.org.tr) arasında əldə edilən razılaşmaya əsasən qurumlar arasında qarşılıqlı əməkdaşlığın rəsmi həyata keçirilməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.
Trend-in məlumatına görə, bu barədə qərar TƏBİB-in rəhbər heyəti ilə “Türkiyə Acil Tıp Derneği”nin rəhbər heyəti arasında videokonfrans formatında keçirilən görüşdə məlumat verilib.
Görüşdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev təxirəsalınmaz və təcili tibbi yardım xidməti (TTTYX) sahəsində Azərbaycanda olan mövcud vəziyyət və TƏBİB tərəfindən həyata keçirilməsi planlaşdırılan zəruri islahatlar barədə TATD nümayəndə heyətinə ətraflı məlumat verilmiş, Türkiyə və inkişaf etmiş ölkələrdəki fundamental təcili tibbi yardımın təşkilinin metodları, strategiyası müzakirələr edilmiş, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılmışdı.
TATD sədri Süleyman Türedi Azərbaycandakı səhiyyə sistemində aparılan islahatlara töhfə vermək məqsədilə TTTYX-nın qurulması, təşkili, kadr potensialının hazırlanması və inkişaf etdirilməsi üçün qarşılıqlı razılaşma əsasında TATD tərəfindən TƏBİB-ə zəruri dəstəyin göstərilməsinə hazır olduğunu və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə öz təkliflərini bildirdi.