Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 13:03
Vətən müharibəsində böyük şücaət göstərən igidlərdən biri də Mirzəliyev Aqil Mehman oğlu olub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, İsmayıllı rayon sakini 21 yaşlı Aqil Mirzəliyev bir çox rayon və kəndlərin işğaldan azad edilməsində iştrak edib.
Murov yüksəkliyi, Cəbrayıl, Füzuli və Hadrut qəsəbəsinin işğaldan azad edilməsində iştirak edərək böyük şücaət göstərib. Aqilin son döyüşü isə Xocavənd rayonunun Tuğ kəndində olub. Elə bu döyüşdə də şəhidlik zirvəsinə ucalıb.
Aqilin anasının sözlərinə görə, oğlu ən böyük arzusunu gerçəkləşdirib və həyatla vidalaşıb.
Qardaşı isə deyib ki, Aqil döyüşə getməyini tək ona deyib və tapşırıb ki, valideyinlərindən muğayət olsun, yoxluğunu hiss etməsinlər.
Qeyd edək ki, Aqil 613 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinə qəbul olub. Böyük Vətən müharibəsi başladıqda isə könüllü döyüşlərə yola düşüb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: