Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 15:48
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan da koronavirusa qarşı vaksinlərdən istifadə üçün həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, ikitərəfli danışıqlarda Türkiyə ilə daha yaxından işbirliyi aparılır: “Hazırda COVİD-19 xəstəliyini törədən virus 1 ilə yaxındır ki, dünyada tüğyan edir. Buna qarşı vaksin artıq hazırlanıb və onun tətbiqinə bəzi ölkələrdə başlanılıb”.