Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Daxili İşlər Nazirliyi yeni il ərəfəsində küçəyə çıxmaq məhdudiyyətinin şərtlərini açıqlayıb

Türkiyə Daxili İşlər Nazirliyi yeni il ərəfəsində küçəyə çıxmaq məhdudiyyətinin şərtlərini açıqlayıb

Tarix: 15 Dekabr 2020 21:44

Türkiyədə yeni il ərəfəsində yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətə sərəncam göndərib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, sərəncamda bildrilib ki, bu ilin sonu, gələn ilin əvvəli tətbiq olunacaq 80 saatlıq küçəyə çıxmaq məhdudiyyəti həftə sonları tətbiq edilən qadağalarla eyni qüvvədə olacaq.

Belə ki, dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlayaraq 4 yanvar 2021-ci il səhər saat 5-dək "evdə qalmaq" rejiminə uyğun küçəyə çıxmaq məhdudiyyətlə olacaq, bu müddətdə hər gün 10.00-17.00 saatlarınadək əhali yaşadığı yerə ən yaxın məsafədə olan marketlərdən alış-veriş edə biləcək.

Bu məhdudiyyət 1, 2, 3 yanvar 2021-ci ildə qüvvədə olacaq.


Etiketlər:  Türkiyə Daxili İşlər Nazirliyi yeni ərəfəsində küçəyə çıxmaq məhdudiyyətinin şərtlərini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ