Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST ekspertləri koronavirusun mənbəyini tapmaq üçün Çinə yollanacaqlar

ÜST ekspertləri koronavirusun mənbəyini tapmaq üçün Çinə yollanacaqlar

Tarix: 16 Dekabr 2020 00:42

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər komandası yeni növ koronavirusun (COVİD-19) mənbəyini tapmaq üçün gələn ilin yanvar ayında Çinə yollanmağı planlaşdırırlar.

Trend-in məlumatına görə, bu barədə missiyasının üzvü Fabian Lendertz "Associated Press" agentliyinə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ÜST-nin komandası artıq çinli alimlərlə müzakirələrə başlayıb. Ehtimal edilir ki, ilk növbədə ekspertlər yeni koronavirusun ilk aşkarlandığı Uhan şəhərinə yollanacaqlar:

"Məsələ təqsirkar ölkəni tapmaqdan ibarət deyil. Məsələ nələrin baş verdiyini anlamağa çalışmaq və gələcəkdə bu məlumatları istifadə etməklə riski azalda biləcəyimizi anlamaqdan ibarətdir".

Bildirilri ki, alimlər virusun ilk dəfə qeydə alınmasından əvvəl dövr edib-etməməsini müəyyənləşdirməyi planlaşdırırlar. Bunun üçün onlar pandemiyadan əvvəl toplanan tibbi nümunələri araşdıracaqlar. Ekspertlər qrupu həmçinin Uhan şəhərində yerləşən bazarı da (yeni koronavirusun heyvandan insana keçdiyi ehtimal edilən yer) öyrənəcəklər. ÜST-nin qrupu həmçinin yarasalardan və virusu daşıya biləcək digər heyvanlardan da nümunələr toplayacaq.

F.Lendertz qeyd edib ki, ekspertlər qrupuna Çində çalışdıqları müddətdə iki həftəlik karantin xaricində hər hansı bir məhdudiyyət haqqında məlumat verilməyib. ÜST-nin Çindəki missiyası 4-5 həftə davam edəcək: "Missiyanın sonunda hesabat olacaq, lakin mən əminəm ki, biz yenə də tam cavab ala bilməyəcəyik".


Etiketlər:  ÜST ekspertləri koronavirusun mənbəyini tapmaq üçün Çinə yollanacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ