Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 15:21
Bakı. Trend:
Bu ilin iyun ayının sonuna AccessBank-ın depozit portfeli 628 mln. manata çataraq tarixi maksimuma yüksəlib.
Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" iştirakçıları qarşısında çıxış edərkən deyib. Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub.
Sədrin sözlərinə görə, son zamanlar bankın depozit portfeli stabil və dinamik artım nümayiş etdirir: "Bu il depozit portfelimiz 120 mln. manat, ötən il isə 72 mln. manat artıb. 2019-cu il ərzində bankın depozit portfeli 24% artım nümayiş etdirib".
Bank rəhbəri onu da bildirib ki, yeni depozitlərin az qala hamısı manatda yerləşdirilib, bu da müştərilərimizin milli valyutaya olan inamının göstəricisidir: "Ümumilikdə, portfelimizdə manatda yerləşdirilən depozitlərin payı 61% təşkil edir".
Anar Həsənovun sözlərinə görə, əmanətlərin dövlət tərəfindən sığortalanmasının müddətinin uzadılması ilə bağlı qərar müştərilər tərəfindən depozitlərə marağı artıracaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin