Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ümumdünya Səhiyyə Təşkilatının yeni kampaniyası: Gənclər və COVID-19

Ümumdünya Səhiyyə Təşkilatının yeni kampaniyası: Gənclər və COVID-19

Tarix: 16 Dekabr 2020 08:08

COVID-19 pandemiyasına qarşı mübarizəyə gəncləri səfərbər etmək məqsədilə yeni ümumdünya kampaniyasına start verilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, kampaniya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dünyanın ən böyük gənclər hərəkatları və təşkilatlarının birliyinin təşəbbüsü ilə keçirilir.

Qlobal gənclər hərəkatının liderləri "böyük altılıq" adlanan təşkilatlardır: Gənc Xristianlar Assosiasiyası; Ümumdünya Gənc Xristian Qadınlar Assosiasiyası; Ümumdünya Skaut Hərəkatı Təşkilatı; Ümumdünya Bələdçi-Qızlar və Skaut-Qızlar Assosiasiyası; Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Edinburq Hersoqu Mükafatı.

Onlar birgə səylərlə pandemiyanın zərərli təsiri ilə mübarizəyə 250 milyondan çox gənci cəlb etmək niyyətindədirlər.

Bu təşəbbüs çərçivəsində 2021-ci ilin aprelində Qlobal Gənclər Sammiti keçiriləcək. Bundan əlavə, ÜST və "böyük altılıq" yerli və ümummilli gənclər təşkilatlarının dəstək fonduna 5 milyon dollar toplamağı planlaşdırır. Bu vəsaitlər, digərləri ilə yanaşı, gənclərin pandemiya və onun nəticələrinə qarşı mübarizə ilə bağlı layihələrinə qrant şəklində veriləcək.

ÜST "bu ilhamverici qlobal hərəkata" böyük məmnuniyyətlə qoşulduğunu bildirib. ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib ki, bu güclü gənclər ittifaqının bütün dünya üçün yüz milyonlarla gənci böhrandan çıxarmaq və yenilikçi həll yollarını qəbul etmək üçün birləşdirmək məqsədilə misilsiz fürsətdir.

Tedros Qebreyesus pandemiyanın ümumiyyətlə gənclərin sağlamlığına birbaşa təsirinin daha azdır, lakin böhranın nəticələrindən əhalinin digər təbəqələrindən daha çox təsirləndiklərini qeyd edib. Çünki COVID-19 səbəbindən bir çox gənc qız və oğlan təhsilalma imkanını itirib, iqtisadi qeyri-müəyyənlik və məşğulluq sahəsində problemlərlə üzləşib. BMT-nin məlumatına görə, bütün dünyada pandemiya dövründə hər altı gəncdən biri işini itirib. Bir milyarddan çox məktəbli və tələbəyə təhsil müəssisələrinin bağlanması səbəbindən bu və ya digər şəkildə ziyan dəyib.

Pandemiya gənclərin sağlamlığına da ciddi təsir göstərib. Məsələn, gənclərin təxminən 90 faizi bu və ya digər ruhi problemlər yaşayır. Bütün bu problemlər və onların həlli yolları Qlobal Gənclər Sammiti zamanı müzakirə ediləcək.


Etiketlər:  Ümumdünya Səhiyyə Təşkilatının yeni kampaniyası Gənclər COVID


RƏYLƏR