Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada quş qripi yayılmaqda davam edir

Yaponiyada quş qripi yayılmaqda davam edir

Tarix: 16 Dekabr 2020 21:04

Yaponiyanın daha bir prefekturasında - Kotidə (Sikoku adası) quş qripi ocağı aşkarlanıb.

Sonxeber.net bildirir ki, bu barədə "NHK" telekanalı xəbər verib.

Qeyd olunur ki, həftənin əvvəlindən Kotidəki quşçuluq fermalarının birində 40 toyuq ölüb. Həmin əraziyə gələn sanitariyaya nəzarət üzrə mütəxəssislər quş qripinin mövcudluğunu təsdiqləyiblər. Bu səbəbdən sözügedən fermada 32 min quş məhv ediləcək, onun ətrafındakı ərazi isə karantin zonası elan olunacaq.

Yaponiyada quş qripi noyabrın əvvəlində aşkarlanıb. Bununla əlaqədar olaraq ölkə üzrə 2,7 milyondan çox toyuq məhv edilib. /medicina.az


Etiketlər:  Yaponiyada quş qripi yayılmaqda davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ