Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 11:46
Tonlarla pomidor istixanalarda və anbarlarda qalıb. Qərb bölgəsində istixana şəraitində pomidor əkini ilə məşğul olan təsərrüfat sahibləri məhsullarını nə ixrac edə, nə də daxili bazarlarda sata bilirlər. Səbəb isə yerli bazarlarda tələbatın və alış üçün təklif olunan qiymətin az olmasıdır. Bununla yanaşı, məhsulun xarici bazarlara çıxa bilməməsi də sahibkarları məyus edib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, istixanalarda hələ də yetişməkdə olan tonlarla məhsul var. Bazarlarda və satış obyektlərində isə fərqli mənzərə müşahidə olunur. Yerində 20 qəpiyə alınmayan pomidor həm rayon, həm paytaxt bazarlarında alıcılara 70 qəpik - 2 manat arasında təklif olunur.
Bu arada, bir müddətdir ki, Rusiya Federasiyası tərəfindən pomidorun idxalına qoyulan qadağa aradan götürülür.
İqtisadçı ekspertlər belə olan halda daxili bazarda pomidorun qiymətinin bir az da artacağını istisna etmirlər.
Ekspert Ruslan Atakişiyevin sözlərinə görə, bu artım pərakəndə satış nöqtələrində 2 dəfə, market və supermarketlərdə isə 50 faiz olacaq.
Bazarlardakı satıcılar da qiymətin yaxın vaxtlarda artacağını bildiriblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: