Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tikdirdiyi evdə yata bilməyən, nişanında iştirak etməyən xüsusi təyinatlı ŞƏHİD - FOTO

Tikdirdiyi evdə yata bilməyən, nişanında iştirak etməyən xüsusi təyinatlı ŞƏHİD - FOTO

Tarix: 17 Dekabr 2020 12:57

Qardaşım 1995-ci ildə İmişli rayonunda anadan olub. 2013-2014-cü illərdə Bakı şəhərində hərbi xidmətdə olub. 2015-ci ildə Gizir kurslarını oxuyub, kursu bitirdikdən sonra Qusar rayonunda BTR komandiri kimi hərbi fəaliyyətə başlayıb. 2016-cı il hərbi hissənin tərkibində BTR komandiri kimi döyüş bölgəsində xidmət edib. Döyüş bölgəsindən sonra öz hərbi hissəsinə qayıdaraq Hərbi Komissiyanın şeçimi ilə XTQ-də kurs keçib. Kursu başa vurduqdan sonra yenidən təyinatla onu Cəlilabad rayonuna göndəriblər.

Bunu Sonxeber.net-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin giziri Nemət Cavadlının bacısı Fatimə xanım deyib.

Şəhid bacısı bildirib ki, Nemətə heç öz nişan mərasimində iştirak etmək nəsib olmayıb:

"2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlayandan döyüş bölgəsində olub. 35-36 gün müharibədə döyüş yolu keçib. Müharibə zamanı düşmənin 5 tankını, 2 hərbi maşınını, içində canlı qüvvəsi omaq şərtilə, ayrı-ayrı yerlərdə yenə xeyli sayda canlı qüvvəsini məhv edib.

Döyüş yolu Kəlbəcərdən başlayıb, Cəbrayıl, Füzuli istiqamətində bütün ərazilərin işğaldan azad edilməsində iştirak edib. Axırıncı döyüşü Daşaltının alınması uğrunda olub. Şuşanın 3 kilometrliyində oktyabrın 31-i Daşaltı kəndində şəhid olub.

Zəhməti ilə ev tikdirdi özünə, amma bir gecə evində yatmaq qisməti olmadı. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək idi.

Nişanlı idi müharibədən sonra toy etməyi planlaşdırırdıq, amma qismət olmadı. Heç nişanında belə xidməti ilə əlaqədar iştirak edə bilmədi.

Şəhid olduqdan sonra "Qarabağ ordeni" və "Vətən uğrunda" medalları ilə təltif olunub".

Təhməz Əsədov


Etiketlər:  Tikdirdiyi evdə yata bilməyən nişanında iştirak etməyən xüsusi təyinatlı ŞƏHİD FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ