Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azedunet şirkəti “YAŞAT” fonduna ianə edib

Azedunet şirkəti “YAŞAT” fonduna ianə edib

Tarix: 17 Dekabr 2020 13:06

Bakı. Trend:

Azərbaycan Təhsil Şəbəkəsinin operatoru AzEduNet şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 20 000 manat ianə köçürüb.

Xatırladaq ki, AzEduNet şirkəti 44 günlük Vətən müharibəsində şücaətlə vuruşmuş Milli Ordumuza öz maddi və mənəvi dəstəyini əsirgəməyib. Belə, oktyabr ayında şirkət tərəfindən Silahlı Qüvvələrinə Yardım Fonduna 10 000 AZN vəsait ianə edilmişdir. Bununla yanaşı, şirkət heyəti cəbhə bölgəsinə əsgər və zabitlərimizə qida və isti geyimlərdən ibarət yardım göndərməklə dəstək olmuşdur.

Qeyd edək ki, “YAŞAT” fondu Prezident İlham Əliyevin 08 Dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmışdır. Fond sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.


Etiketlər:  Azedunet şirkəti YAŞAT fonduna ianə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ