Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Küçədə daha 47 koronavirus xəstəsi saxlanılıb, 28 nəfərə cinayət işi açılıb

Küçədə daha 47 koronavirus xəstəsi saxlanılıb, 28 nəfərə cinayət işi açılıb

Tarix: 17 Dekabr 2020 14:04

Bakı. Samir Əli - Trend:

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə veiən məlumata görə, dekabrın 16-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Onlardan 42 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə, 5 nəfər isə xəstəxanaya qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 28 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


Etiketlər:  Küçədə daha koronavirus xəstəsi saxlanılıb nəfərə cinayət işi açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ