Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Federer, Ronaldu, Messi...

Federer, Ronaldu, Messi...

Tarix: 17 Dekabr 2020 14:20

"Forbes" nəşri 2020-ci ilin ən çox qazanan məşhurlarının yeni sıralamasını təqdim edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk "5-lik"də 3 idmançı yer alıb. Dünyanın ən zəngin məşhurlarının siyahısına biznesmen qadın Kayli Cenner başçılıq edir- 590 milyon dollar. 2-ci yerdə repçi və musiqi prodüseri Kanye Uestdir. Onun qazancı 170 milyon dollar təşkil edir.

İdmançılardan isə tennisçi Rocer Federer 3-cü, "Yuventus"un futbolçusu Kriştianu Ronaldu 4-cü, "Barselona"nın kapitanı Lionel Messsi 5-ci pillədə qərarlaşıb.

Federerin illik qazancı 106,3 milyon dollardır. Ronalduda bu, 105 milyon dollar məbləğindədir. Messi isə illik 104 milyon dollar gəlir əldə edir.

PSJ-nin futbolçusu Neymar 7-ci (95,5 milyon dollar), "Leykers"in basketbolçusu LeBron Ceyms isə 9-cu (88,2 milyon dollar) yerdədir.


Etiketlər:  Federer Ronaldu Messi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ